Lyrics

Sənsizliyə dözmür ürək yarım Qəlbim sinəmdə cırpınar canım İstər sənin yanında mən qalım Getmə əzizim, sevgili yarım. Eşqin məhəbbətlə dolub cana Yaş gözlərimdən hey axır yana Sən bax mənə yarım yana-yana Qoy bu məhəbbət daimi qala. Səndən sonra heç bir kəsim yoxdur Getmə yarim, getsən qəmim çoxdur Ağlar keçər hər günlərim sənsiz Çətin gülər dodaqların mənsiz. Sən verdiyin güllər soldu məndə Qəmli baxışlarım qaldı səndə Gəl, gəl yarım birdə gülüş gəlsin Mənə gülüş müjdəsini versin. Yandım alışdım eşqinə yarım Dərdə düşüb sənsiz mənim canım Sən bax mənə gəl gör mənim halım Tutsun səni ay gül mənim ahım. Getmə qərarım odlanıb yanaram Özgə demə ağlar günə qalaram Hər bir baxışla dərdini alaram Röyalarda səni yada salaram.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out