Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Okaber
Okaber
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Anar Niftəliyev
Komponist:in
Orxan Mustafazadə
Songwriter:in

Lyrics

Gəl, yağışa addım ataq, ya da qarışaq buludlara Gəl, ümidvaram sözünü dəyişək, olsun unutmaram Gəl, elə bir torpağa girək ki, əbədi yata bilək Ya da elə bir duaya dönək ki, Allaha çata bilək Mən geri dönənə qədər "bütün ulduzları say" demişəm O qədər dəli oldum, qışa yay, noyabra may demişəm Sən yarımın qasidisən, əyləş, sənə çay demişəm Bəlkə, tez xəbər gətirəsən yardan gələn ay, demişəm Gəl, bu millətə yuxusuzluq dərmanı daddıraq Gəl, elə bir üsyan qaldıraq, buranı yandıraq! Mən gözəlliyinə aşiq, sən isə Qarabağ olaydın (kaş) Mən Müşfiq olaydım, sən də yenə o bağ olaydın Gəl, elə bir külək ol, kəfənimi cır, mənə əs, gedim Ya da şaxta ol, beynimi dondur, bədənimi kəs, gedim Geri dönməzmi gedən qatar, bir dəfə dayanmazmı?! Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?! (heç vaxt) Biz yolunan saçların əvəzini yolmağa gəlmişik Biz Xarıbülbülün haqqını almağa gəlmişik Mən şəhidəm, sən qərənfilim, solmağa gəlmişik Biz tək müharibədə könüllü olmağa gəlmişik! Gəl, son cəngavər döyüş təbilini vuranda görüşək Gəl, Turanda görüşək, ayələrə dönək, Quranda görüşək Gəl, əbədi Bozqurda dönək, ulayaq qiyamətə Gəl, bütün Türküstan Qarabağ üçün ayağa duranda görüşək! Gəl, Turanda görüşək! (Gəl, Turanda görüşək!)
Writer(s): Anar Niftəliyev, Orxan Mustafazadə Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out