Letras

Bu, gecə yum gözlərini xəyalına gəlim, gedim.
Darıxıram heç olmasa bir üzünü görüm, gedim.
Neçə vaxtı görüşmürük, ayrı düşüb yollarımız.
Bəlkə biz başa düşmürük, görüşür xəyallarımız.
Nəyi ki, deyə bilməsək ruhumuz danışar bizim.
Bir-birini görə bilməsək yuxumuz qarışar bizim.
Bir arzu tut...
Bu, gecə yum gözlərini xəyalına gəlim, gedim.
Darıxıram heç olmasa bir üzünü görüm, gedim.
Alacağın bu candısa onu sənə verim gedim.
Sən rahat öz ömrünü sür mən də rahat ölüm, gedim.
Bir gün əgər mən olmasam telinə kim sığal çəkər.
Qorxuram ayrılanlara hamı bizi misal çəkər.
Geri dönmədin qovuşaq, biraz insafa gəlmədin.
Axı demişdin bir olaq, sözünü tuta bilmədin.
Bir arzu tut
Bu, gecə yum gözlərini xəyalına gəlim, gedim.
Darıxıram heç olmasa bir üzünü görüm, gedim.
Alacağın bu candısa onu sənə verim gedim.
Sən rahat öz ömrünü sür mən də rahat ölüm, gedim.
Written by: Rashadat Farzaliyev, Xəyyam Quliyev
instagramSharePathic_arrow_out