Lyrics

Bilməm, bu nazənin kimin istəkli yarıdır?
Bilməm, bu nazənin kimin istəkli yarıdır?
Ya hansı bəxtiyarların bəxtiyarıdır, oy-oy, oy-oy
Açdıqca gül cəmalını ellər fərəhlənir
Guya ki gözəllik aləminin novbaharıdır
Ay aman, ay aman, ey
Dünya bu nazənin mələyin həsrətin çəkir, ey
Dünya bu nazənin mələyin həsrətin çəkir
Xəlqinin sevimli afəti, həm şəhriyarıdır
Qan etmə, saqi, bağrımızı, badə tez gətir, ey
Qan etmə, saqi, bağrımızı, badə tez gətir
Götür qədəhləri
Götür qədəhləri, gecəmiz keçdi yarıdan
Hər kim deyirsə, sevmə bu rəna gözəlləri
Hər... Hər kim deyirsə, sevmə bu rəna gözəlləri
Bilmir ki, sevgi aləmi biixtiyarıdır
Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər
Ey... Ey, biçarə Vahidin bu qəzəl yadigarıdır
Aman, aman
Bedat aman... Aman, aman
Aman, aman, aman
Yar... Yar, ey
Written by: Emin Sabitoglu, Əliağa Vahid
instagramSharePathic_arrow_out