Top Songs By Eldar Mansurov
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Eldar Mansurov
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Eldar Mansurov
Komponist:in
İsmayıl Dadaşov
Songwriter:in
Lyrics
Məhəbbət yaranıb həsrətlə qoşa
Mən elə bilirdim, görüşərik biz
Qopub tənhalığın buz dünyasından
Hicran qapısını qırar sevgimiz
Qopub tənhalığın buz dünyasından
Hicran qapısını qırar sevgimiz
Səni soraqlayır sevdalı anlar
Sevgi həsrəti ilə döyünür ürək
Dünya sevincdədir, könlüm ümiddə
Verdiyin qəm-qüssə nəyimə gərək?
Ötən günlər üçün çox darıxmışam
Onlar itib gedib bu yer üzündən
Görüş yerimizə gəlib hər axşam
Təskinlik tapıram sənin izindən
Görüş yerimizə gəlib hər axşam
Təskinlik tapıram sənin izindən
Ömrümün sevdalı bahar çağında
Səni arzulayır hər arzu-dilək
Son qoy bu hicrana, bu ayrılığa
Sənsiz ötən günlər nəyimə gərək?
Written by: Eldar Mansurov, İsmayıl Dadaşov